SON DƏQİQƏ

Məscidlərdə FACİƏ:27 ölü, çoxlu yaralı

Tarix:

15-03-2019, 09:05

/ 10 282 dəfə oxundu.
Məscidlərdə FACİƏ:27 ölü, çoxlu yaralı

Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən "Al-Nur" və "Linvud" məscidlərində atışma baş verib.

GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, atışma nəticəsində, ilkin məlumatlara görə, 27 nəfər ölüb.

Bildirilir ki, şəhərdə xəstəxanaları 40-50 nəfər yaralı qəbul etməyə hazırlaşır.Qeyd edilir ki, insident zamanı məscidlərdə 300-ə yaxın insan olub.

 

Yerli xəstəxana qarşısında da atışma səslərinin eşidildiyi bildirilir.

"New Zealand Herald" nəşrinin məlumatına görə, atışmada təqribən iki nəfər iştirak edib. "Otago Daily Times" saytında bildirilir ki, polis onlardan birinin tutulduğunu açıqlayıb.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ