SON DƏQİQƏ

Bakıda mənzildən 40 min manat oğurlanıb

Tarix:

8-03-2019, 12:45

/ 10 281 dəfə oxundu.
Bakıda mənzildən 40 min manat oğurlanıb

Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 25-də rayon ərazisindəki mənzillərin birindən 40.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən GunAz.az-a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Şükürov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və bıçaq aşkar edilərək götürülüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ