SON DƏQİQƏ
» » Polis Maştağada yarımtikilidə heroin aşkarlayıb

Polis Maştağada yarımtikilidə heroin aşkarlayıb

Tarix:

24-01-2019, 16:36

/ 10 332 dəfə oxundu.
Polis Maştağada yarımtikilidə heroin aşkarlayıb

Maştağada yarımtikilidə gizlədilən 510 qram heroin aşkarlanıb.

DİN Mətbuat Xidmətindən GunAz.az -a verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik əldə etmə və üzərində daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Maştağa qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi əlavə 510 qram heroin də polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

скачать dle 12.1

Şərhlər