SON DƏQİQƏ
» » İstanbulda çökən binada ölənlərin sayı 11-a çatdı - Siyahı + Yenilənib

İstanbulda çökən binada ölənlərin sayı 11-a çatdı - Siyahı + Yenilənib

Tarix:

8-02-2019, 08:57

/ 10 281 dəfə oxundu.
İstanbulda çökən binada ölənlərin sayı 11-a çatdı - Siyahı + Yenilənib

İstanbulda ötən gün uçan 8 mərtəbəli binanın dağıntıları arasından daha 3 nəfərin cəsədi çıxarılıb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, bununlda da ölənlərin sayı 6 nəfərə çatıb. Daha bir nəfər isə yaralı halda xilas edilib. Yaralılar 13 nəfərdir. 

Qeyd edək ki, binada 43 nəfərin olduğu bildirilib. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. 

***

Dağıntılar arasından daha 4 nəfərin cəsədi çıxarılıb. Bununla da ölənlərin sayı 10-a yüksəlib.

***

“Anadolu” agentliyinin məlumatına görə, dağıntılar altından daha bir nəfərin cəsədi çıxarılıb və ölü sayı 11-ə çatıb. Yaralı sayı isə 13-dür. Onlardan 4-nün vəziyyəti ağırdır.

Axtarış-xilasetmə tədbirləri davam edir.

Daxili İşlər naziri Süleyman Soylu hazırda tədbirlərin 4-cü mərtəbədə davam etdiyini bildirib. O, xilasedicilərin müxtəlif bölgələrdən tunellər vasitəsilə yerin altındakı dağıntılara çatmağa çalışdıqlarını söyləyib.

İstanbul valiliyi ölü olaraq çıxarılan 11 nəfərdən 10-nun şəxsiyyətinin müəyyənləşdirildiyini açıqlayıb.

Yaralılar:

1. Hilal Tuana Ələmdar (13 yaş)

2. Xəlil İbrahim Ələmdar (23 yaş)

3. Adəm Ələmdar (47 yaş)

4. Xədicə Əliəfəndioğlu (81 yaş)

5. Adilə Oral (77 yaş)

6. Nazan Təkgöz (37 yaş)

7. Gülər Yılmaz (56 yaş)

8. Bahriyə Aktar (75 yaş)

9. Tayyib Mahmud Ələmdar (9 yaş)

10. Əli Ələmdar (75 yaş)

11. Hüsniyə Yaman (59 yaş)

12. Leyla Yaman (63 yaş)

13. Azra Həvva Təkgöz (6 yaş)

Dünyasını dəyişənlər:

1. Ayşə Ələmdar

2. Yıldız Gündüzoğlu

3. Fatma Qaraman

4. Mustafa Ələmdar

5. Safiyə Ələmdar (Mustafa Ələmdarın anası)

6. Safiyə Ələmdar (Mustafa Ələmdarın həyat yoldaşı. Mustafanın yoldaşı və anasının adı Safiyədir)

7. Ərdoğan Ələmdar

8. Saimə Ələmdar

9. Əcrin Ələmdar

10. Eslem Ələmdar

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ