SON DƏQİQƏ
» » Hiss edilməyən yeraltı təkanlar davam edir - Açıqlama

Hiss edilməyən yeraltı təkanlar davam edir - Açıqlama

Tarix:

6-02-2019, 10:38

/ 10 241 dəfə oxundu.
Hiss edilməyən yeraltı təkanlar davam edir - Açıqlama

Şamaxı, İsmayıllı və Ağsu rayonları ərazisində baş verən zəlzələdən sonra hiss edilməyən yeraltı təkanların qeydə alınması davam edir.

Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, ilkin məlumatlara əsasən, dünəndən indiyədək 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.

Sonuncu zəlzələ isə saat 04:25-də Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb.

Zəlzələlərdən 3-ü hiss olunub, sonuncu iki zəlzələ isə hiss edilməyib.

Mərkəzdən yeraltı təkanların hazırda davam etdiyi bildirilib.

скачать dle 12.1

Şərhlər