SON DƏQİQƏ

Zevs mağarası turisti “uddu”

Tarix:

3-01-2019, 08:34

/ 10 250 dəfə oxundu.
Zevs mağarası turisti “uddu”

Türkiyədə, Aydının Quşadası rayonunda gənc turist faciəvi şəkildə ölüb.

GunAz.az xəbər verir ki, Yeni ili qeyd etmək üçün Hindistandan bu ölkəyə gələn 22 yaşlı Kartık Şarma dostları ilə getdiyi Zevs mağarasında boğularaq həyatını itirib.Zevs mağarası turisti “uddu”

O, axşam saatlarında dostları ilə birlikdə Gözəlçamlı məhəlləsindəki Zevs mağarasına gedib. Üzmə bilmədiyi deyilən gənc turist mağaradakı suya girib və az sonra qərq olub.

Dostları onun yoxluğunun fərqinə vararaq dərhal kömək çağırıblar. Aidiyyəti orqanlar onun cansız bədənini sudan çıxarıblar.

Onun meyiti morqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.(Oxu.az)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ