SON DƏQİQƏ
» » Lənkəran sakini dəm qazından zəhərlənərək öldü

Lənkəran sakini dəm qazından zəhərlənərək öldü

Tarix:

4-04-2018, 08:34

/ 10 225 dəfə oxundu.
Lənkəran sakini dəm qazından zəhərlənərək öldü

Lənkəran sakini dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Hadisə rayonun Göyşəban kəndində qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü İlkin Bayramov həmin kənddə müvəqqəti yaşadığı evdə dəm qazından zəhərlənərək həyatını itirib.

Məlumata görə, İ.Bayramov işdən gəldikdən sonra qonşusu ilə söhbətləşib. Daha sonra onlara evə gedib çimib gələcəyini bildirib. Mərhumdan bir müddət xəbər tuta bilməyən qonşuları, pəncərəni sındırmaq yolu ilə evə daxil olduqda hamamda İ. Bayramovun cansız bədənini aşkarlayıblar.

Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Mərhumun meyiti müayinə üçün təcili yardım maşını ilə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Qonşuların bildirdiyinə görə, hamamda tüstü bacası olmayan və qazla işləyən suqızdırıcıdan istifadə olunub.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ