SON DƏQİQƏ

Atəşkəs rejimi pozuldu

Tarix:

16-12-2018, 12:10

/ 10 268 dəfə oxundu.
Atəşkəs rejimi pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 29 dəfə pozub.

GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Şuraabad, Tağıbəyli, Şıxlar, Qaraqaşlı, Kəngərli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Veysəlli, Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ