SON DƏQİQƏ
» » Bakıda gecə klubunda əcnəbi faciəvi şəkildə öldü

Bakıda gecə klubunda əcnəbi faciəvi şəkildə öldü

Tarix:

10-12-2018, 14:09

/ 10 256 dəfə oxundu.
Bakıda gecə klubunda əcnəbi faciəvi şəkildə öldü

Bakıda Türkiyə vətəndaşı küçədə ölüb.

GunAz.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib.

Ölüm hadisəsi Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsində "Boss Klub" gecə klubunun qarşısında baş verib.

Türkiyə vətəndaşı, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi ev 1, mənzil 51-də müvəqqəti qeydiyyatda olan Rəcbər Taner Bakı şəhər sakini İsmayılov Zaur Zabir oğlu ilə birlikdə paytaxtda "Krivetka Pub" kafesində pivə içiblər.

Daha sonra onlar sərxoş vəziyyətdə Bülbül prospekti ilə Tolstoy küçəsinin kəsişməsindəki "Boss Klub" a gələrək orada spirtli içki qəbul ediblər.

Bir müddətdən sonra R.Taner klubda özünü pis edib və dostundan onu havaya çıxarmağı xahiş edib.

Küçəyə çıxan R.Taner bir neçə dəqiqədən sonra keçinib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ