Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən GunAz.az -a verilən məlumata görə, 2018-ci ilin 4 dekabr tarixində “Heydər Əliyev” adına Bakı Dərin Özüllər Zavodu istiqamətində texniki nasazlıq səbəbindən batma təhlükəsi ilə üzləşən “SA-16129” bort nömrəli, “Yamaha-75” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə köməklik göstərilməsi barədə müraciət edilib.
Sahil nəzarəti bölməsi tərəfindən mərkəzi istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisinə təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb. Sərhəd gözətçi gəmisi tərəfindən dalğalı hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən Makarov bankasının qərb istiqamətində sahildən 13 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib.