SON DƏQİQƏ

Bakı-Kazan avtobusu qəzaya düşdü

Tarix:

22-11-2018, 09:44

/ 10 297 dəfə oxundu.
Bakı-Kazan avtobusu qəzaya düşdü

Ötən gecə Rusiyanın Saratov vilayətinin Volsk rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon mərkəzindən 30 kilometr aralıda, Klyuçi kəndinin ərazisində qeydə alınıb. 

GunAz.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Bakıdan Kazan istiqamətində hərəkət etən avtobus yol kənarındakı maneəyə çırpılıb. 

Hadisə zamanı xəsarət alan olmayıb, avtobusun arxa tərəfi zədələnib. 

“Administrasiya dərhal hərəkətə keçib və avtobusun sərnişinlərinin müvəqqəti olaraq yerləşdirilməsi ilə məşğul olub”, - vilayətin rəhbəri Yuri Yurin deyib.

скачать dle 12.1

Şərhlər