SON DƏQİQƏ

Metroda cibgirlik edənlər yaxalandı

Tarix:

20-11-2018, 14:55

/ 10 348 dəfə oxundu.
Metroda cibgirlik edənlər yaxalandı

Bakıda ictimai nəqliyyatda soyğunçuluq və oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyindən GunAz.az -a verilən məlumata görə, noyabrın 19-da saat 09:00 radələrində metronun “Koroğlu” stansiyasının platformasında naməlum şəxs Saatlı rayon sakini G.Həsənovanın çantasından içərisində pulu, şəxsiyyət vəsiqəsi və tələbə bileti olan pulqabısını açıq talama yolu ilə aparıb.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Məcidov Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Noyabrın 14-də metronun “Əhmədli” stansiyasında Bakı şəhər sakiniA.Hacıyevanın çantasından mobil telefonunun oğurlanmasında şübhəli bilinən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş Emin Səlimov olduğu müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ