SON DƏQİQƏ

Metroda cibgir qadın tutuldu

Tarix:

28-04-2018, 11:26

/ 10 330 dəfə oxundu.
Metroda cibgir qadın tutuldu

İctimai nəqliyyatda cibgirlik edən şəxs saxlanılıb. 

Gunaz.az DİN-ə istinadən xəbər verir ki, aprelin 27-də səhər saatlarında Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ə.Qurbanova “Koroğlu” stansiyasında çantasından içərisində 111 manat pulu, tələbə bileti və digər sənədləri olan pulqabısının oğurlandığını bildirib.

Cinayəti törətməkdə şübhəli bilinən qadın, paytaxt sakini Vüsalə Zeynalzadə saxlanılıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun bir gün əvvəl metronun “N.Nərimanov” stansiyasında paytaxt sakini V.Eldarovanın içərisində 100 manatı, 2 ədəd yaddaş kartı və sənədləri olan pulqabısını oğurlaması da müəyyən edilib. Saxlanılan şəxsin digər cinayətlərdə də iştirakının olub-olmaması araşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ