SON DƏQİQƏ
» » Yanğında yaralanan ərəblər xəstəxanadan evə buraxılıb

Yanğında yaralanan ərəblər xəstəxanadan evə buraxılıb

Tarix:

15-10-2018, 15:36

/ 10 266 dəfə oxundu.
Yanğında yaralanan ərəblər xəstəxanadan evə buraxılıb

Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı xəsarət alan ərəblərin 4-ü xəstəxanadan evə buraxılıb.

GunAz.az xəbər veri ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib.

Onun sözlərinə görə, həmin ərəblər Qəbələ Mərkəzi Xəstəxanasında müalicə edilirdilər. Respublika Yanıq Mərkəzinə yerləşdirilən Küveyt vətəndaşı olan 2 nəfərin isə vəziyyəti stabil ağır qiymətləndirilir. Bədən səthlərinin 3 dərəcəli yanığı diaqnozu qoyulan həmin şəxslər - 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızı hazırda mərkəzin reanimasiya şöbəsində müalicələrini davam etdirirlər.

Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ