SON DƏQİQƏ
» » Gürcü sürücü qəza törətdi, xəsarət alan var

Gürcü sürücü qəza törətdi, xəsarət alan var

Tarix:

6-10-2018, 18:34

/ 10 277 dəfə oxundu.
Gürcü sürücü qəza törətdi, xəsarət alan var

Gürcüstan vətandaşı Azərbaycanda yol qəzası törədib, bir nəfər xəsarət alıb.

GunAz.az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 158-ci kilometirliyində, Balakən rayonunun Poçtbinə kəndi ərazisindən keçən hissəsində baş verib. 

Gürcüstan Respublikası Laqodexi rayon sakini Kurtanidze Paata Teymurazoviç idarəetdiyi “Volkswagen Passat CL” markalı, LR-130-LR dövlət nömrə nişanlı minik avtomobili ilə Mazımçay Gömrük Sərhəd Keçid Məntəqəsindən Balakən şəhəri istiqamətində hərəkət edərkən, əks istiqamətdə gedən Zaqatala şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədov Elnur Əli oğlunun idarəetdiyi “Ford Tranzit” markalı 99-EU-520 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Volkswagen Passat CL” markalı avtomobilin sərnişini, Gürcüstan Respublikası Laqodexi rayon sakini, 1973-cü il təvəllüdlü Tchigiadza Pridon Tamazioviç xəsarət alıb. O, Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Avtomobilin sürücüləri isə xəsarət almayıblar.  

Balakən Rayon Mərkəzi Xəstəxanasından bildirlib ki, yaralı Tchigiadza Pridona sol bud sümüyünün sınığı dioqnozu qoyulub. Ona lazımi tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Gürcüstan Respublikasına göndəriləcək.

Faktla bağlı araşdırma aparılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ