SON DƏQİQƏ

FHN ağır çəkili kişini xilas etdi

Tarix:

22-09-2018, 19:42

/ 10 244 dəfə oxundu.
FHN ağır çəkili kişini xilas etdi

Bakı şəhərinin Binəqədi rayonunda 1950-ci il təvəllüdlü Məmmədbəyov Şahlar Lütvi oğlu yaşadığı mənzildə çarpayıdan yıxılaraq zədə aldığı üçün ünvana həkim briqadası çağırılıb.

FHN-dən GunAz.az-a verilən məlumata görə, Ş.Məmmədbəyov artıq çəkili olduğu üçün Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkim briqadası tərəfindən vətəndaşın xərəklə TTTYS-nın avtomobilinə daşınması mümkün olmayıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər Ş.Məmmədbəyovu xərəklə TTTYS-nın avtomobilinin olduğu əraziyə və digər ünvanda yerləşən mənzilə çatdıraraq həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ