SON DƏQİQƏ
» » Şəki sakini yaşadığı evin vanna otağında yandı

Şəki sakini yaşadığı evin vanna otağında yandı

Tarix:

10-09-2018, 08:30

/ 10 249 dəfə oxundu.
Şəki sakini yaşadığı evin vanna otağında yandı

Şəki şəhər sakini yaşadığı evin vanna otağında yanıq xəsarətləri alıb.

“Report”un məlumatına görə, bu gün axşam saatlarında Şəki şəhəri, N.Nərmanov küçəsi, ev-10 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Hüseynov Tural Tahir oğlu yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Şəki MRX-dən “Report”a bildirlib ki, müayinə zamanı Tural Hüseynovun yaşadığı evin vanna otağında suqızdırıcını işə salan zaman yanıq xəsarətləri alması məlum olub.

Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Tural Hüseynova üz, boyun, sinə və sağ bazu nahiyələrinin I-II dərəcəli termiki yanıq xəsarətləri dioqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ