SON DƏQİQƏ

Gömrükdə siqaret əməliyyatı

Tarix:

6-09-2018, 13:48

/ 10 320 dəfə oxundu.
Gömrükdə siqaret əməliyyatı

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 211099" markalı avtomobil "Qırmızı Körpü"gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
DGK-dan GunAz.az-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.
Lakin yoxlama nəticəsində, avtomobilin salonunda - hər iki qabaq oturacağın içərisində və yük yerində xüsusi düzəldilmiş gizli saxlancda 2600 ədəd "Marlboro" və 1000 ədəd "Parliament" markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər