SON DƏQİQƏ

Bakıda yol qəzası - Ölən var

Tarix:

30-08-2018, 13:07

/ 10 560 dəfə oxundu.
Bakıda yol qəzası - Ölən var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən GunAz.az -a verilən məlumata görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, avqustun 29-u, saat 15:00 radələrində Bakı şəhər sakini Teymur Ağayev idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı maneəyə vurub və nəticədə, sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər