SON DƏQİQƏ

Ağır yol qəzası - 2 ölü

Tarix:

3-07-2018, 14:21

/ 10 753 dəfə oxundu.
Ağır yol qəzası -  2 ölü

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən GunAz.az -a verilən məlumata görə, iyulun 2-də saat 6 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Elman Osmanov idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobusu yolun kənarındakı maneəyə (daş hasara) vurub.

Nəticədə sərnişinlərindən Bakı şəhər sakini Lütvanə Talıblı və Hacıqabul rayon sakini Mənsur Zeynalov hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər