SON DƏQİQƏ
» » 2 nəfərin öldüyü qəza ilə bağlı- Rəsmi açıqlama

2 nəfərin öldüyü qəza ilə bağlı- Rəsmi açıqlama

Tarix:

15-06-2018, 12:38

/ 10 350 dəfə oxundu.
2 nəfərin öldüyü qəza ilə bağlı- Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayonunda 2 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələn yol qəzası barədə məlumat yayıb.
Nazirlikdən Gunaz.az-a bildirilib ki, hadisə İsmayıllı rayonunun Eyyubbəyli kəndi ərazisində baş verib. Belə ki, iyunun 14-də saat 22 radələrində rayonun Eyyubbəyli kəndi ərazisində Göyçay rayon sakini Çingiz Eminov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində olan 2 baş inəyi vurub və yolun kənarındakı maneəyə dəyərək aşıb.

Nəticədə sürücü və sərnişinlərindən həmyerlisi Bəyim Abışova və Bakı şəhər sakini Sona Məmmədi hadisə yerində ölüb, digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ