SON DƏQİQƏ

Miqrasiya xidməti 89 əcnəbini yaxaladı

Tarix:

28-08-2018, 20:58

/ 10 417 dəfə oxundu.
Miqrasiya xidməti 89 əcnəbini yaxaladı

Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 89 əcnəbini saxlayıb.

DMX-dan GunAz.az-a verilən məlumata görə, onlardan 6 nəfərinin qeydiyyat ünvanı üzrə yaşamadıqları, digər 83-nün isə ölkə ərazisində qanunsuz qaldıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 62-nin barəsində inzibati qərarlar qəbul olunub, digər əcnəbilərin Azərbaycan hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

скачать dle 12.1

Şərhlər