İndoneziyada sərnişin təyyarəsi itkin düşüb.
ONN media xəbər verir ki, təyyarə “Dimonim Ai” avia şirkətinə məxsusdur. Təyyarədə 9 nəfər olub.
“Agence France-Presse” agentliyinin xəbərinə əsasən, təyyarə Papua vilayətinin üstündən uçarkən dispetçerlə əlaqəyə çıxmayıb. Yerli kənd sakinləri bildiriblər ki, ərazidə güclü partlayış səsi eşidilib.
Hazırda partlayış eşidildiyi ehtimal edilən əraziyə xilasedicilər göndərilib.