SON DƏQİQƏ

Usta ehtiyatsızlığın qurbanı oldu

Tarix:

3-08-2018, 11:27

/ 10 243 dəfə oxundu.
Usta ehtiyatsızlığın qurbanı oldu

Hadisə Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci massivdə qeydə alınıb.

GunAz.az xəbər verir ki,1977-ci il təvəllüdlü Telman Hüseynov  fərdi yaşayış evinin 3-cü mərtəbəsində təmir işləri görərkən ehtiyatsızlıq nəticəsində yıxılaraq ölüb. 

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar. Məlum olub ki, dünyasını dəyişən T.Hüseynov  fərdi yaşayış evində usta işləyib. 

Faktla bağlı Səbail rayon prokurorluğunda cinayət məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ