SON DƏQİQƏ

Maşın piyadanı vuraraq öldürdü

Tarix:

20-07-2018, 13:50

/ 10 298 dəfə oxundu.
Maşın piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
GunAz.az xəbər verir ki, xəbər verir ki, hadisə ötən gecə paytaxtın Sabunçu rayonunda baş verib.
İyulun 20-də gecə saat 01 radələrində Bakı şəhər sakini Poladova Nərminə Rüfət qızı idarə etdiyi "Kia" markalı 90 AL 030 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Pirşağı qəsəbəsində, 2-ci Sovxoz adlanan ərazidə hərəkətdə olarkən yolun kənarında dayanmış Bəyməmmədov Azər İlqar oğlunu vurub.
Piyada təcili tibbi yardım stansiyasına aparılarkən yolda ölüb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ