SON DƏQİQƏ
» » Goranboyda bir ailə QƏZAYA düşdü - ölüm var

Goranboyda bir ailə QƏZAYA düşdü - ölüm var

Tarix:

6-07-2018, 13:29

/ 10 464 dəfə oxundu.
Goranboyda bir ailə QƏZAYA düşdü - ölüm var

İyulun 5-də saat 15 radələrində Goranboy rayonunun Nizamikənd kəndi ərazisində Şadılı kənd sakini Vüsal Bayramov idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıda gedən Cəmil Talıbovun idarə etdiyi “Suzuki” markalı avtomobilə vurub.

DİN-dən GunAz.az-a verilən məlumata görə, nəticədə C.Talıbovun sərnişinlərindən - arvadı Aidə Abdullayeva hadisə yerində ölüb, digər sərnişini oğlu Rauf, habelə V.Bayramov və sərnişini həmkəndlisi Əlikram Sadıqov xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər