SON DƏQİQƏ
» » Həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib - RƏSMİ - YENİLƏNİB

Həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib - RƏSMİ - YENİLƏNİB

Tarix:

3-07-2018, 07:00

/ 10 283 dəfə oxundu.
Həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib - RƏSMİ - YENİLƏNİB

Azərbaycanda elektrik enerjisinin verilişi tam olaraq yaxın saatlarda bərpa olunacaq.

GunAz.az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib.

Y.Babayev bildirib: "Hal-hazırda bir neçə qərb rayonlarında elektrik enerjisinin verilməsi bərpa olunub". Onun sözlərinə görə, elektrik enerjisinin verilməsi həmçinin Bakının bəzi rayonlarında da bərpa olunub.

Mətbuat xidmətinin rəisi qeyd edib ki, elektrik enerjisinin bərpa olunması mərhələli şəkildə aparılır: "İlk növbədə elektrik enerjisi strateji cəhətdən mühüm obyektlər və müəssisələrə verilir".

Hadisənin səbəbinə gəlincə isə, Y.Babanlı deyib ki, Mingəçevir elektrik stansiyasında yanğın baş verib: "Yanğının səbəbi son günlərdə müşahidə olunan anomal istilər olub. Bu səbəbdən enerji bloklarının soyutma sistemlərində artıq yüklənmə baş verib".

---------

02:01

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində fəaliyyət göstərir.

GunAz.az "Report"a istinadən bildirir ki, respublika ərazisinin elektirik enerjisi ilə təchizatında yaranmış problem hava limanının işinə heç bir təsir etməyib.

Məlumata görə, daxili və xarici uçuşlar davam etdirilir.

----------

01:59

Azərbaycanın Qərb rayonlarına elektrik enerjisi verilişi bərpa edilib.

"Report" xəbər verir ki, bu, Mingəçevirin "Azərbaycan" İES-nin yarımstansiyasında baş vermiş qəzanın fəsadlarının qismən aradan qaldırılması sayəsində mümkün olub.

Bildirildiyinə görə, hazırda Bakı və ətraf qəsəbələrdə elektrik enerjisi təchizatında yaranmış problemlərin aradan qaldırılması istiqamətində iş aparılır.

---------

01:06

Respublika ərazisinin elektrik enerjisi ilə təchizatında yaranmış problemə əlaqədar olaraq, "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev qurumun Dispetçer Mərkəzinə gəlib.

GunAz.az "Report"a istinadən bildirir ki,  hazırda onun rəhbərliyi altında güclərin ötürülməsi prosesi həyata keçirilir.

Bildirilir ki, "Azərenerji" ASC Gürcüstan və Rusiya tərəfi ilə enerji mübadiləsinin aparılması və qəzanın nəticələri aradan qaldırılanadək respublikanın elektrik enerjisi ilə təmin edilməsi istiqamətində danışıqlar 

----------

00:58

Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında qəza baş verib.

GunAz.az "Report"a istinadən bildirir ki,ehtimala görə, İES-də enerji bloklarından birinin fəaliyyətini dayandırması nəticəsində Bakı və Sumqayıt şəhərləri də daxil olmaqda, Şirvan, Gəncə, Ağdaş, Bərdə, Qax, Zaqatala və digər əksər rayonlarda işıqlar sönüb.

"Azərişiq" ASC-nin sədri Baba Rzayev başda olmaqla bütün işçilər təcili qaydada işə çağırılıb. Hadisənin səbəbləri araşdırılır. Bunu "Azərişıq"ın mətbat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təsdiq edib.

Tezliklə ətraflı məlumat veriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ