SON DƏQİQƏ

Dənizdə növbəti ölüm hadisəsi

Tarix:

2-07-2018, 15:22

/ 10 552 dəfə oxundu.
Dənizdə növbəti ölüm hadisəsi

Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Pirsaat çimərliyində ölüm faktı qeydə alınıb.

GunAz.az xəbər verir ki,  1998-ci il təvəllüdlü, Ələt qəsəbə sakini Rəhimov Nadir İlqar oğlu dənizdə çimərkən boğulub. Gəncin meyitini ərazidə xidmət aparan FHN-nin əməkdaşları sudan çıxararaq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə təhvil veriblər. Aparılan ekspertiza nəticəsində məlum olub ki, dəniz suyu gəncin daxili orqanlarına dolub və nəticədə məlum hadisə baş verib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırmalara başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ