SON DƏQİQƏ
» » Deputatın qardaşının qətlinə görə 19 nəfər saxlanıldı

Deputatın qardaşının qətlinə görə 19 nəfər saxlanıldı

Tarix:

16-06-2018, 18:16

/ 10 252 dəfə oxundu.
Deputatın qardaşının qətlinə görə 19 nəfər saxlanıldı

Türkiyənin Şanlıurfa şəhərinin Suruç rayonunda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat İbrahim Halil Yıldızın qardaşının ölümü ilə nəticələnən hücumla bağlı istintaq çərçivəsində 19 nəfər saxlanılıb.

Teleqraf.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, saxlanılanlar arasında Xalqların Demokratik Partiyasının (HDP) deputatlığa namizədi İsmayıl Qaplanın da olduğu bildirilir. Daha 23 nəfər barəsində axtarış elan edilib.

İsmayıl Qaplan Suruçdakı seçki kampaniyası çərçivəsində AKP-li deputat İbrahim Halil Yıldızın əleyhinə kürd dilində çıxış edərək onu xəyanətdə suçlayıb.

“Dostlar, bizi incidən, bilirsiniz, nədir? Əlbəttə ki, içimizdəki xəyanətdir. Biz Ankaradakı Türk məclisini, 2016-cı il mayın 3-nü, Osman Baydəmiri, İbrahim Halil Yıldızı unutmadıq. Biz o İdris-i Bitlisi və onun xəyanətini iyunun 24-də uğura, qalibiyyətə çevirəcəyik”.

İsmayıl Qaplan İbrahim Halil Yıldız tarixi şəxsiyyət “İdris-i Bitlisi”ə bənzədərək xəyanətdə suçlayıb.

Xatırladaq ki, İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə hücum zamanı deputatın qardaşı da daxil olmaqla 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ