SON DƏQİQƏ

Bakıda 21 ədəd tüstü qumbarası tapıldı

Tarix:

5-06-2018, 21:14

/ 10 344 dəfə oxundu.
Bakıda 21 ədəd tüstü qumbarası tapıldı

Bu gün Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng Mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinə Bakı şəhəri, Nərimanov rayonu, “Baksol yolu” ərazisində 21 ədəd tüstü qumbarasının tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Gunaz.az-a verilən xəbərə görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Keşlə Xətt Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Keşlə Xətt Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə "ADY Container" MMC-nin inzibati ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 21 ədəd əl tüstü qumbarası (RDQ2-Ç) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tüstü qumbaraları tapıldığı yerin ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ