SON DƏQİQƏ

Sulutəpədə əl qumbarası tapıldı

Tarix:

11-05-2018, 20:52

/ 10 299 dəfə oxundu.
Sulutəpədə əl qumbarası tapıldı

Bu gün saat 06:31-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində əl qumbarasının və patronların tapılması barədə məlumat daxil olub.

Agentlikdən Gunaz.az-a bildirilib ki, məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Binəqədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Binəqədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə qəsəbənin məişət tullantıları ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 24 ədəd partlamamış hərbi sursat (23 ədəd müxtəlif növ patron, 1 ədəd F-1 əl qumbarası) və 17 ədəd boş patron aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş partlamamış hərbi sursat ətrafında 100 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

скачать dle 12.1

Şərhlər