SON DƏQİQƏ

Nəvə babasının evindən 5 min oğurladı

Tarix:

31-05-2018, 13:09

/ 10 293 dəfə oxundu.
Nəvə babasının evindən 5 min oğurladı

Sabirabadda nəvə babasının evindən oğurluq edib.

Gunaz.az  xəbər verir ki, mayın 30-da Sabirabad Rayon Polis Şöbəsinə cari ilin aprel ayından may ayının 29-dək olan müddətdə Nərimankənd kəndindəki evlərin birindən ümumilikdə 5000 manat pulunun oğurlandığı barədə müraciət daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şübhələr ev sahibinin nəvəsinin üzərində cəmlənib və o, saxlanılıb.

Törətdiyi cinayət əməlini etiraf edən nəvə həmin məbləği ayrı-ayrı vaxtlarda oğurladığını bildirib. Sonuncu dəfə oğurladığı 300 manat maddi sübut kimi polis əməkdaşları tərəfindən ondan götürülüb.

Faktl bağlı cinayət işi başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ