SON DƏQİQƏ
» » “İçərişəhər” stansiyasında oğurluq HADİSƏSİ

“İçərişəhər” stansiyasında oğurluq HADİSƏSİ

Tarix:

31-05-2018, 12:27

/ 10 270 dəfə oxundu.
“İçərişəhər” stansiyasında oğurluq  HADİSƏSİ

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

DİN-dən Gunaz.az -a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Süleymanova “İçərişəhər” stansiyasında qatarda cibindən mobil telefonunun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qulam Muxtarov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ