SON DƏQİQƏ
» » Gəncənin gecə klubunda kütləvi dava – Qan töküldü

Gəncənin gecə klubunda kütləvi dava – Qan töküldü

Tarix:

29-05-2018, 10:49

/ 10 314 dəfə oxundu.
Gəncənin gecə klubunda kütləvi dava – Qan töküldü

Gəncə şəhərində gecə klubunda qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən şəhər sakinləri - Azər Mustafayev, Nicat Mustafayev, İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, bu il yanvarın 22-nə keçən gecə Gəncə şəhəri ərazisində fəaliyyət göstərən “X-Club” gecə klubunda kütləvi dava baş verib.

Hadisə nəticəsində Şəmkir rayon sakinləri, 1996-cı il təvəllüdlü Orxan Rzazadə, 1993-cü il təvəllüdlü Orxan Rüstəmov və 1994-cu il təvəllüdlü Orxan Məmmədov bıçaqlanıblar.

Bundan başqa, dava zamanı daha bir neçə nəfər xəsarət alıb. Bunlar Samir Hüseynov, Rövşən Orucov və Ceyhun İbrahimovdur. Sonuncu xəsarət alanlar gecə klubunun işçiləri və mühafizəçiləri olublar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Gəncə şəhər sakinləri Azər Mustafayev, Nicat Mustafayev, habelə hadisənin digər iştirakçıları İlkin İsmayılov, Fəxrəddin Məmmədov və Pərviz Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər.

Məlum olub ki, gecə klubunda dava tərəflər arasında “Oğru aləm”i barədə söhbətləri zamanı baş verib. Kriminal aləmin ayrı-ayrı nüfuzlu şəxslərini müdafiə edən tərəflərin sözlərin bir-birlərinə xoş gəlməyib.

Bu da onların arasında kütləvi davanın qanlı sonluqla başa çatması ilə nəticələnib.

Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 221.2.1, 221.3-cü (xuliqanlıq) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Növbəti proses iyunun 7-də davam edəcək.

 

скачать dle 12.1

Şərhlər