SON DƏQİQƏ

Salyanda kütləvi dava: 2 yaralı

Tarix:

24-01-2018, 17:55

/ 1 146 dəfə oxundu.
Salyanda kütləvi dava: 2 yaralı

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gunaz.az xəbər verir ki, rayon mərkəzində naməlum şəxs 1998-ci il təvəllüdlü Nurməmməd Cəfərovu, 1996-cı il təvəllüdlü Toğrul Abdullayevi bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.

Nurməmməd Cəfərovda 7, Toğrul Abdullayev də isə 4 bıçaq xəsarəti aşkar edilib.

Məlum olub ki, hər iki yaralı rayonun mərkəzi prospektində yerləşən kafelərdən birində bir qrup gənc arasında yaranan kütləvi dava zamanı bıçaqlanıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ