SON DƏQİQƏ
» » Gədəbəydə torpaq üstündə kütləvi dava oldu: Yaralılar var

Gədəbəydə torpaq üstündə kütləvi dava oldu: Yaralılar var

Tarix:

25-10-2017, 19:53

/ 804 dəfə oxundu.
Gədəbəydə torpaq üstündə kütləvi dava oldu: Yaralılar var

Gədəbəy rayonunda torpaq üstündə kütləvi dava baş verib. 

Gunaz.az xəbər verir ki, hadisə rayonun Parakənd kəndində qeydə alınıb. 
Belə ki, qonşular arasında düşən kütləvi dava zamanı kənd sakini, 1968-ci il təvəllüdlü Minarə Fətman qızı Quliyeva başından küt alətlə ağır zərbə alaraq yaralanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib.

Dava zaman qarşı tərəfdən də iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alsalar da, xəstəxanaya müraciət etməyiblər.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ