SON DƏQİQƏ
» » Qanunsuz ov edən əcnəbilər ölkədən deportasiya edildi

Qanunsuz ov edən əcnəbilər ölkədən deportasiya edildi

Tarix:

25-05-2018, 20:30

/ 10 343 dəfə oxundu.
Qanunsuz ov edən əcnəbilər ölkədən deportasiya edildi

"2017-ci ildə və bu ilin 4 ayı ərzində qanunsuz ovla məşğul olan 300-ə qədər Azərbaycan vətəndaşı saxlanılıb".

Gunaz.az-ın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

O qeyd edib ki, bu ilin 3 ayında qanunsuz ovla məşğul olan 7 əcnəbi barəsində qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, hər biri 2000 manat olmaqla cərimələnib: 

"Əcnəbilər əsasən ərəb ölkələrinin vətəndaşlarıdır. Onlar ölkə ərazisindən çıxarılıb".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ