SON DƏQİQƏ
» » İsrail əsgərlərindən atəş , ölənlər və yaralananlar var

İsrail əsgərlərindən atəş , ölənlər və yaralananlar var

Tarix:

28-04-2018, 07:47

/ 10 452 dəfə oxundu.
İsrail əsgərlərindən atəş , ölənlər və yaralananlar var

İsrail əsgərləri Qəzzada fələstinlilərə atəş açıb.

Gunaz.az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyi Fələstinin hakimiyyət orqanlarına istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, hərbçilər Kefr Kaddum, Kefr Kalil və Erihada fələstinlilərə qarşı gözyaşardıcı qazdan, plastik mərmilərdən istifadə ediblər. Nəticədə 20 nəfər yaralanıb. Daha 62 nəfər hərbçilərin tətbiq etdiyi gözyaşardıcı qazdan zərər çəkib.

Əsgərlər həmçinin etirazçılara odlu silahdan da atəş açıblar. Nəticədə 3 fələstinli həlak olub.

Fələstinin Səhiyyə Nazirliyinin məlumatına görə, bu günə kimi İsrail hərbçiləri ilə toqquşmalarda ümumilikdə 883 nəfər xəsarət alıb. Yaralılar arasında 58 uşaq, 29 qadın, 6 jurnalist və 4 səhiyyə işçisi var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ