SON DƏQİQƏ

Mikroavtobus yandı - XƏSARƏT ALANLAR VAR

Tarix:

13-04-2018, 19:50

/ 10 254 dəfə oxundu.
Mikroavtobus yandı - XƏSARƏT ALANLAR VAR

Bərdədə yanan mikroavtobusun sürücüsü və xəsarət alan fəhlələrin kimliyi məlum olub. 1981-ci il təvəllüdlü Anar Nəbiyevin idarə etdiyi "RAF” markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

 

Gunaz.az xəbər verir ki, yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna, 40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ