SON DƏQİQƏ
» » Xaçmazda 3 nəfərin öldüyü DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ - VİDEO

Xaçmazda 3 nəfərin öldüyü DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ - VİDEO

Tarix:

19-02-2018, 17:12

/ 1 194 dəfə oxundu.
Xaçmazda 3 nəfərin öldüyü DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ - VİDEO

Xaçmaz-Quba yolunun Xaçmazın Alıc kəndi ərazisindən keçən hissəsində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, "VAZ 2106" markalı avtomaşınla "KamAZ" markalı avtomaşın toqquşub.

Nəticədə 2 nəfər Quba rayonu Nügədi kənd sakinləri 46 yaşlı Zülfüqar Şahbazov və 24 yaşlı Rəşid Qasımov hadisə yerində ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Qubanın Nügədi kənd sakinləri - 45 yaşlı Elçin Əliyev, 23 yaşlı Cavid Zülfüqarov və 53 yaşlı Iftixar Hacıyev Xaçmaz mərkəzi rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, "VAZ 2106"-nın sürücüsü, Elçin Əliyev həyatını xilas etmək mümkün olmayıb. O dünyasını dəyişib. Digər iki nəfərin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ