SON DƏQİQƏ

Meşədən oğurluq edən şəxslər saxlanılıb

Tarix:

12-04-2018, 11:15

/ 10 228 dəfə oxundu.
Meşədən oğurluq edən şəxslər saxlanılıb

Aprelin 9-da Oğuz rayon meşə mühafizə və bərpası müəssisəsinin əməkdaşları Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Daşağıl kənd meşəbəyliyinin ərazisindən ağac materialının oğurlandığını bildiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gunaz.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Muxas kənd sakinləri Taleh Məhərrəmov və Xəyal İmamverdiyev saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Onlar ifadələrində mart ayının 18-də həmin ərazidən 1590 manat dəyərində 16 kub meşə materialını oğurlayıb, Şəkinin Oravan kəndi ərazisində satdıqlarını etiraf ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ