SON DƏQİQƏ
» » Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanıb

Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanıb

Tarix:

7-04-2018, 11:04

/ 10 217 dəfə oxundu.
Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanıb

Ötən gün axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Bu barədə DİN Mətbuat Xidmətindən verilən məlumatda qeyd olunub.

Məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər xəsarət almışdır.

Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Eləcə də cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ