Çinin Harbin şəhərində içi sərnişinlə dolu avtobus şəhərin ortasında yanıb.
Gunaz.az "Ren TV"-yə istinadən xəbər verir ki, avtobusun yanması müşahidə kamerasına düşüb. Avtobus alışan kimi sərnişinlər özünü bayıra ataraq qaçıb. Bir neçə dəqiqədən sonra partlayış baş verib.
Sosial şəbəkədə sürətlə yayılan video müzakirələrə səbəb olub. Müzakirəyə səbəb olan isə avtobusdan düşən sərnişinlərin sayıdır.
Hadisə nəticəsində bir nəfər yanıq xəsarəti alıb, qalanlar xəsarət almayıb.