SON DƏQİQƏ
» » 102-yə zəng: Qadını döyüb yandırmaq istədi – Sumqayıtda dəhşət

102-yə zəng: Qadını döyüb yandırmaq istədi – Sumqayıtda dəhşət

Tarix:

14-03-2018, 09:30

/ 10 238 dəfə oxundu.
102-yə zəng: Qadını döyüb yandırmaq istədi – Sumqayıtda dəhşət

Sumqayıt şəhərində dəhşətli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, martın 12-də Daxili İşlər Nazirliyi “102 Zəng Mərkəzi” xidmətinə Sumqayıt şəhəri, 3-cü məhəllədə bir kişinin qadının üzərinə benzin tökərək yandırmaq istədiyi barədə məlumat daxil olub.

Dərhal Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları qeyd edilən ünvana gediblər. Polis əməkdaşlarını görən həmin şəxs onlara müqavimət göstərib və benzinlə özünü də yandırmağa cəhd göstərib.

Lakin əməkdaşların çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınaraq zərərsizləşdirilib.

Saxlanılaraq polis idarəsinə gətirilən həmin şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Köçəri Məhərrəmovdur. O, şəhər sakini M.Şirinovanı xuliqanlıq zəminində döyərək benzinlə yandırmaq istəyirmiş.

Faktla bağlı materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ