SON DƏQİQƏ

Silah gizlədənlər tutulub

Tarix:

10-03-2018, 13:47

/ 10 324 dəfə oxundu.
Silah gizlədənlər tutulub

Vətəndaşlardan silah-sursat götürülüb.

Bu barədə Gunaz.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı qəsəbəsində yaşayan Elçin Bayramovun evindən bir ədəd “F-1” qumbarası, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Şabanovdan bir ədəd tapança, bir ədəd patron darağı və doqquz ədəd müxtəlif çaplı patron, Sabunçu RPİ 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Maarif Məmədovun yaşadığı evdən qundağı və lüləsi kəsilmiş “İJ-16” markalı tüfəng və beş ədəd patron, Ucar RPŞ-nin əməkdaşları Lək kənd sakini Omar Rzayevin yaşadığı evdən 97,3 qram marixuana və müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi, Sabirabad RPŞ-nin əməkdaşları Nəsimikənd kəndində yaşayan Nəriman Hüseynovun evindən müvafiq sənədləri olmayan “TOZ-28” markalı ov tüfəngi götürüblər.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. 

Faktlarla bağlı cinayət işləri başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ