SON DƏQİQƏ
» » Qadınlar arasında davada gənc qız xəsarət alıb

Qadınlar arasında davada gənc qız xəsarət alıb

Tarix:

16-02-2018, 07:13

/ 972 dəfə oxundu.
Qadınlar arasında davada  gənc qız xəsarət alıb

Sabunçu rayonunda qonşu qadınlar arasında dava olub.

"Report"un xəbərinə görə, hadisə Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə baş verib.

1988-ci il təvəllüdlü Ramazanova Mehriban Tofiq qızı qonşusu ilə mübahisə edib. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı qonşusu M. Ramazanovanın saçından tutaraq onun başını yerə vurub. Nəticədə M.Ramazanova kəllə-beyin travması alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib, araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ