SON DƏQİQƏ
» » İşğal altında olan Qarabağda təhlükəli epidemiya

İşğal altında olan Qarabağda təhlükəli epidemiya

Tarix:

9-02-2018, 15:21

/ 1 103 dəfə oxundu.
İşğal altında olan Qarabağda təhlükəli epidemiya

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ vilayətində təhlükəli vəba xəstəliyi yayılıb.

Gunaz.az xəbər verir ki, Əsgəran rayonunun Naxçivanik kəndindəki erməni donuz təsərrüfatında Afrika vəbası yayılmaqda davam edir. Artıq iki fermada 31 donuz ölüb.

Beynəlxalq təsnifata əsasən, virusla yayılan Afrika vəbası heyvanlar arasında yoluxucu xəstəliklər sırasında A siyahısına daxildir.

Bu xəstəliyə qarşı peyvənd yoxdur. Ona yoluxan xəstə heyvanın müalicəsi qadağandır. İnfeksiya mənbəyi və ondan 20 km radiusda yerləşən xəstə heyvanların məhv edilməsi məqsədəuyğun sayılır. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ