SON DƏQİQƏ

Bakıda "Kamaz"aşdı, içindəki yük dağıldı

Tarix:

29-01-2018, 08:07

/ 1 945 dəfə oxundu.
Bakıda "Kamaz"aşdı, içindəki yük dağıldı

Nobel prospektinin paytaxtın Xətai rayonu ərazisinə düşən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gunaz.az xəbər verir ki, qəzaya "VAZ" markalı minik avtomobilinin qəfil əyləci basması səbəb olub.

Bu zaman arxadan gələn "66-BE-189" dövlət qeydiyyat nişanlı "Kamaz" markalı yük maşınının sürücüsü qəza törətməmək üçün sükanı sağ tərəfə döndərib. Nəticədə maşın aşıb. Onun yük hissəsində olan qum prospektə və yaxınlıqdan keçən dəmiryolu relslərinin üzərinə dağılıb. Ərazidən keçənlərin köməkliyi ilə relslər qumdan təmizlənib.

"Kamaz"ın 1967-ci il təvəllüdlü sürücüsü İsgəndərov Rasim Şəmsəddin oğlu bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qəzanın baş verdiyi əraziyə Xətai Rayon Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib. Yol-nəqliyyat hadisəsinin dəqiq səbəbləri araşdırılır.(Report)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ