SON DƏQİQƏ

Ağdaşda qəza: polis əməkdaşı yaralandı

Tarix:

30-11-2017, 12:42

/ 993 dəfə oxundu.
Ağdaşda qəza: polis əməkdaşı yaralandı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaş rayonunun Xosrov kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gunaz.az-ın xəbərinə görə, "Nissan" və VAZ-2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Bunlar 1967-ci il təvəllüdlü Ağdaş rayonunun Ərəb kənd sakini Tehran Allahverdi qızı Məmmədova və 1966-cı il təvəllüdlü polis əməkdaşı Etibar Tofiq oğlu Abdullayevdir.

Ölən azyaşlı isə 2005-ci il təvəllüdlü Cihan Sehirlidir. Qəza zamanı dünyasını dəyişən "Nissan" markalı avtomobilin sürücüsünün kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ