SON DƏQİQƏ

Güclü külək Xınalıq evlərə ziyan vurub

Tarix:

1-11-2017, 14:08

/ 1 139 dəfə oxundu.
Güclü külək Xınalıq evlərə ziyan vurub

Güclü külək Qubanın Xınalıq kəndində fəsadlar törədib. 

APA-nın yerli bürosunun verdiyi məlumata görə, güclü külək nəticəsində Rüfət Kəlbiyev adına Xınalıq kənd tam orta məktəbinin, eləcə də bir neçə ev və yarımtikilinin dam örtüyünə ziyan dəyib. Bəzi yerlərdə elektrik və rabitə xətləri qırılıb. Bu səbəbdən kəndə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranıb.

Quba rayon İcra Hakimiyyəti başçısının Xınalıq  inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədov fəsadların aradan qaldırılması üçün müvafiq tədbirlər görüldüyünü deyib.  "Azərişıq" QSC-nin qəza briqadası qırılan elektrik xətlərini bərpa etdikdən sonra və kəndə enerjinin verilməsi bərpa olunub. Kənddə telefon və internet xətləri hələ bərpa olunmayıb. Bu istiqamətdə işlər davam etdirilir.

İcra nümayəndəsi günün ikinci yarısında kənddə küləyin sürətinin azaldığını da qeyd edib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ